ABŞ səfirliyi "Azadlıq" radiosunda aparılan axtarışa münasibət bildirib

10:50 | 27.12.2014
ABŞ səfirliyi

ABŞ səfirliyi "Azadlıq" radiosunda aparılan axtarışa münasibət bildirib

ABŞ-ın Azərbaycandakı səfirliyi Azadıq radiosunun Bakı bürosunun ofisində axtarış aparılması vəofisinqapılarının möhürlənməsi ilə bağlı Amerikanın Səsinin sualına cavab verib. Cavabda deyilir:

"Biz mətbuatda Azadlıq radiosunun ofisində hüquq mühafizə orqanlarının nümayəndələri tərəfindən axtarışlar aparılan zaman radionun Bakı bürosunun əməkdaşlarının saxlanılmaları və sorğu-suala tutulmaları barədə yayılan məlumatlardan narahatıq. Axtarış və sorğu-sualların aparılmasının səbəbləri aydın deyil. Biz azad mətbuatı dəstəkləmək üçün məsul rəsmilərdən qanunlara uyğun olaraq və Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində şəffaf araşdırmaların aparılmasına çağırırıq. Biz ümidvarıq ki, Azərbaycan rəsmiləri azad və müstəqil mətbuatın insanların rifahı üçün çox vacib olması fikrini bizimlə bölüşərək addımlar atacaqlar”, cavabda deyilir ("Amerikanın səsi").
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM