ABŞ Dağlıq Qarabağda hərbi əməliyyatların bərpasının əleyhinədir

23:59 | 18.11.2015
ABŞ Dağlıq Qarabağda hərbi əməliyyatların bərpasının əleyhinədir

ABŞ Dağlıq Qarabağda hərbi əməliyyatların bərpasının əleyhinədir

ABŞ-ın əsas səyləri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ zonasında gərginliyin azalması və tərəflər arasında danışıqların bərpasında vasitəçiliyinin dəstəklənməsinə yönəlib.

Oxu.Az Novosti-Armeni-yə istinadən xəbər verir ki, bu barədə İrəvanda mətbuat konfransı zamanı ABŞ mətbuat katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bricit Brink bildirib.   

Brinkin sözlərinə görə, o, son zamanlar münaqişə zonasında gərginliyin artmasından xəbərdardır.

"Amma həmsədrlər ağır silahlanmanın istifadəsinin yolverilməz olduğunun dəqiq vurğulandığı və tərəflərin atəşkəsə riayət etmələrinə dair bəyanatla çıxış ediblər.

Həmsədrlərin səylərini dəstəkləmək həqiqətən də vacibdir. Biz səfir Uorlik ilə sıx işləyirik və onun hərbi əməliyyatların bərpasından qaçınmaq üçün göstərdiyi səyləri dəstəkləməyə davam edəcəyik”, - Bricit Brink vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM