Xankəndidə silah və sursatlar aşkarlanıb

10:01 | 27.04.2024
Xankəndidə silah və sursatlar aşkarlanıb

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 3 tüfəng, 150 ədəd müxtəlif çaplı patron və 1 alışdırıcı təhvil götürüblər. Həmçinin qanunsuz saxlanılan 3 tüfəng də aşkar edilərək götürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM