Sabahın hava proqnozu

12:14 | 27.04.2024
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 30-40% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti