• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Rusiya ordusu yalnız Azərbaycanla sərhəddən çıxarılacaq - Peskov

Rusiya ordusu yalnız Azərbaycanla sərhəddən çıxarılacaq - Peskov
09.05.2024 16:07
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya qoşunlarının bir sıra regionlardan çıxarılması ilə bağlı razılığa gəliblər.Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
 
Onun sözlərinə görə, İrəvan Moskvadan İran və Türkiyə ilə sərhəddə sərhədçiləri saxlamağı xahiş edib. Peskov qeyd edib ki, görüşdə "əsasən ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası müzakirə edilib”.
 
"2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə hərbçilərimiz və sərhədçilərimiz Ermənistanın bir sıra rayonlarında yerləşdirilib. Paşinyan deyib ki, bu gün dəyişmiş şərtlərə görə artıq belə bir ehtiyac yoxdur, ona görə də prezident Putin razılaşdı və hərbçilərimizin və sərhədçilərimizin çıxarılması barədə razılıq əldə olunub”, - deyə Peskov "İnterfaks”a bildirib .
 
Kreml nümayəndəsi qeyd edib ki, Ermənistan tərəfinin tələbi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar.
 
Putinlə Paşinyan arasında görüş mayın 8-də axşam saatlarında Kremlin Müqəddəs Endryu zalında baş tutub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Dünya 23:50
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Dünya 23:30
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Dünya 23:21
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
Dünya 22:38
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Dünya 22:24
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Paşinyan Kaya Kallasla görüşüb
Dünya 21:25
Paşinyan Kaya Kallasla görüşüb
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
Dünya 19:58
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Dünya 15:43
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Dünya 10:18
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol