ABŞ Səudiyyə Ərəbistanına raket satır

14:48 | 31.07.2015
ABŞ Səudiyyə Ərəbistanına raket satır

ABŞ Səudiyyə Ərəbistanına raket satır

ABŞ Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına raket satmağa razılıq verib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına 5,4 milyard dollarlıq "PAC-3"raketlərinin satılmasına razılıq verib.

"Patriot" raketlərinin son versiyası olan "PAC-3"lərin satışı ilə bağlı razılığın verilməsi İranın nüvə proqramı anlaşmasının ardından olması ilə diqqət çəkib.

ABŞ tərəfi raket satışı prosesini belə şərh edib ki, ABŞ Orta Şərqdəki ortağı Səudiyyə Ərərbistanının mühafizəsinin gücləndirilməsi üçün belə bir razılıq əldə olunub.

"PAC-3" raket müdafiə sistemləri ABŞ-dan başqa Hollandiya, Almaniya, Yaponiya, Birləşik Ərəb Əmirlikləri, Tayvan ordularında da istifadə olunur.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM