ABŞ Suriya qaçqınlarına 290 milyon ayırdı

09:00 | 05.06.2014
ABŞ Suriya qaçqınlarına 290 milyon ayırdı

ABŞ Suriya qaçqınlarına 290 milyon ayırdı

ABŞ Suriya qaçqınlarına əlavə 290 milyon dollar yardım ayırıb.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, son üç il ərzində yardım paketi 2 milyard dolları ötüb keçib. ABŞ dövlət departamentinin təqdim etdiyi rəqəmlərə əsasən, 4,7 milyon nəfərə bilavasitə Suriyada, 2,8 milyon nəfərə isə qonşu ölkələrdə müvafiq humanitar yardım göstərilib. Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martında başlayıb. Nəticədə milyonlarla insan qaçqın vəziyyətinə düşüb, 150 mindən çox adam silahlı münaqişənin qurbanı olub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM