ABŞ Ukrayna hökumətini xalqın səsini eşitməyə çağırdı

14:26 | 04.12.2013
ABŞ Ukrayna hökumətini xalqın səsini eşitməyə çağırdı

ABŞ Ukrayna hökumətini xalqın səsini eşitməyə çağırdı

ABŞ Dövlət katibi John Kerry  Ukrayna hökumətini öz xalqının səsini eşitməyə çağırıb. Reuters-in yazdığına görə, dövlət katibi belə bir  bəyanatı Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşündə səsləndirib.

 

John Kerry  həmçinin tərəfləri bir-birinə qarşı təmkinli olmağa çağırıb. O müasir avropa dövlətində zorakılığa yer olmadığını deyib.

 

Bir qədər əvvəl Ukraynanın baş naziri Mykola Azarov dayanmayan etiraz aksiyaları ilə bağlı Kiyevin Brüsselə və Moskvaya nümayəndə heyəti göndərəcəyini bildirib.

 

O qeyd edib ki, Brüsselə göndərilən nümayəndə heyəti Ukrayna üçün daha əlverişli şərtlərlə Avropa inteqrasiyası imzalanması məsələsini müzakirə edəcək.

 

Azarov həmçinin vurğulayıb ki, həmin nümayəndə heyəti Moskvaya da gedəcək və Rusiya ilə strateji əlaqələrin möhkəmləndilməsi məsələsi müzakirə olunacaq.

Azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti