• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakı həbsdə olan şəxslərin azad edilməsinə çağıran diplomatlara qəzəblənib - VİDEO

Rəsmi Bakı həbsdə olan şəxslərin azad edilməsinə çağıran diplomatlara qəzəblənib - VİDEO
05.12.2024 22:29
Azərbaycan, həbsdə olan insan hüquqları müdafiəçilərinin azad edilməsinə çağıran Qərb diplomatlarını məhkəmə sisteminə yolverilməz müdaxilədə ittiham edib.

Azərbaycan Xarici İşlər Nazirliyi, çərşənbə axşamı keçirilən bir tədbirdə diplomatların ölkənin insan hüquqları və söz azadlığı sahəsində vəziyyətinin son bir ildə daha da pisləşdiyini bəyan etməsindən bir neçə saat sonra reaksiya verib.

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan insanların adlarını sadalayaraq Azərbaycan hökuməti  onların azad edilməsi istiqamətində danışıqların davam etdiriləcəyini bildirib. 

"Mən Azərbaycan hakimiyyətini bu şəxsləri və haqsız şəkildə həbs olunan digər şəxsləri azad etməyə, beynəlxalq insan hüquqları üzrə öhdəliklərini yerinə yetirməyə çağırıram," -  bildirərək səfir  Böyük Britaniya, İsveçrə və Avropa İttifaqının səfirlərinin oxşar bəyanatlarına dəstək verib.

"Bu bəyanatlar Azərbaycanda müstəqil məhkəmə sistemini zəiflətmək üçün açıq cəhddir", -  Azərbaycan Xarici İşlər Nazirliyi gecə saatlarında X platformasında buna  cavab verərək bildirib.

Nazirlik əlavə edib ki,  "istintaq prosesinə müdaxilə yolverilməzdir və məhkəmə prosesinə müdaxilə hüquq dövlətinin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir".

Keçən ay keçirilən konfransa hazırlıq dövründə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ qanunvericilərinin insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən və siyasi məhbusların azad edilməsini tələb edən məktubunu "iyrənc" adlandırmışdı.

Çərşənbə günü insan hüquqları müdafiəçisi Rüfət Səfərov barədə dörd aylıq həbs qətimkan tədbiri seçilib. Onun vəkili bildirib ki, Səfərov Bakı məhkəməsində dələduzluq və xuliqanlıq ittihamlarını rədd edib və qərardan şikayət vermək niyyətindədir.

Keçmiş prokurorluq əməkdaşı  olan Səfərov, rüşvət ittihamı ilə üç il həbs cəzası çəkib, daha sonra Prezidentin əfv sərəncamı ilə 2019-cu ildə azadlığa buraxılıb.
 
Vəkil Elçin Sadıqovun  sözlərinə görə,  onun bir neçə gün ərzində insan hüquqları üzrə mükafat almaq üçün ABŞ-a getməsi planlaşdırılırdı.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel, çərşənbə axşamı Vaşinqtonda keçirilən brifinqdə Səfərovun həbsi ilə bağlı dərin narahatlıq ifadə edib.

"Biz Azərbaycanı haqsız yerə həbs olunan bütün şəxsləri azad etməyə və insan hüquqları müdafiəçiləri və jurnalistlər də daxil olmaqla, vətəndaş cəmiyyətinə qarşı təzyiqləri dayandırmağa çağırmağa davam edirik," -  Patel bildirib.
 
N.Təbrizli
Aytac Zeynalova
 
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol