Birləşmiş Ştatlar Ukraynadakı silahlılara Rusiya qüvvəsi kimi baxmağa başlayıb.
Amerika rəsmilərinin regiondan aldığı kəşfiyyat məlumatına görə, Rusiya son aylar Ukraynanın şərqində silahlılar üzərində komandanlığı və nəzarəti ciddi artırıb və ABŞ da yeni termin formalaşdırıb: "birləşmiş Rusiya-separatçı qüvvələri”.
Dövlət Departamenti ötən həftə bir bəyanatda bu ifadədən 3 dəfə istifadə edib. Moskva və yaraqlıları Ukraynada atəşkəs pozuntularına görə tənqid atəşinə tutub.
Kəşfiyyat məlumatları Rusiya və separatçıların birlikdə işləməsi, birgə təlim keçməsi, Rusiyaya cavab verən vahid komandanlıqda birləşməsinə dair daha çox dəlil ortaya qoyub.
ABŞ-nın yanaşmasındakı dəyişikliyin geniş təsirləri ola bilər. Belə ki, Rusiya daha ABŞ və Avropanı iqtisadiyyatına ziyan vuran sanksiyaları məhdudlaşdırmaq üçün dilə tuta bilməyəcək. Bundan başqa Moskva və Vaşinqtonun nüvə tərksilahından tutmuş terrorçuluğa qarşı mübarizəyədək bir sıra məsələlərdə əməkdaşlığı da təsirsiz ötüşməyəcək./Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !