ABŞ Ukraynaya 100 milyon dollar ayıracaq

19:07 | 05.05.2014
ABŞ Ukraynaya 100 milyon dollar ayıracaq

ABŞ Ukraynaya 100 milyon dollar ayıracaq

ABŞ senatında Ukraynaya 100 mln. dollar dəyərində hərbi yardım paketi haqqında qanun layihəsi hazırlanır.Oxu.Az Forbes.ua saytına istinadən xəbər verir ki, bu barədə ABŞ senatoru Con Makkeyn deyib.Onun sözlərinə görə, yardım paketində Ukraynaya təkcə maliyyə yardımı nəzərdə tutulmur.“Biz Rusiyanın təcavüzünə qarşı müvafiq addımlar atmaq istəyirik. Putin başa düşməlidir ki, Ukraynanın cənub şərqini işğal etmək onun üçün baha başa gələcək”, Con Makkeyn deyib.Senator bildirib ki, Ukraynaya hərbi yardım paketi haqda qanun layihəsinin hazırlanması vaxt aparacaq. Lakin başa düşürük ki, vaxt bizim əleyhimizə işləyir. Bu səbəbdən Con Makkeyin deyib ki, ABŞ prezidenti Barak Obamanı Ukraynaya ən yaxın vaxtda hərbi yardım etməyə inandırmağa çalışır. Senatorun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın cənub şərqində təxribatlar həyata keçirərək Rusiya ordusunu bölgəyə göndərməyə çalışır. Lakin ABŞ V.Putinin təcavüzünə qarşı layiqli cavab verməyə hazırdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM