ABŞ Ukraynaya 4.5 milyard dollar qrant ayırır

20:35 | 22.11.2022
ABŞ Ukraynaya 4.5 milyard dollar qrant ayırır

ABŞ Ukraynaya 4.5 milyard dollar qrant ayırır

ABŞ növbəti dəfə Ukraynaya 4.5 milyard dollar qrant ayırıb.Bu barədə ölkənin maliyyə naziri Canet Yellen deyib.

O bildirib ki, maliyyələşdirmə yaxın həftələrdə başlayacaq.


"Birbaşa Büdcə Dəstəyi Sazişi çərçivəsində Birləşmiş Ştatlar Ukraynaya əlavə 4,5 milyard dollar qrantla sarsılmaz dəstək verməyə davam edir. Bu vəsaitlər yaxın həftələrdə verilməyə başlayacaq. Xidmətlər, xəstəxana işçilərinə, hökumətə və müəllimlərə maaşların ödənilməsi üzrə olacaq", - nazir bildirib.

Nazirin sözlərinə görə bununla Vaşinqtonun Ukrayna hökumətinə ayırdığı qrantların ümumi məbləği 13 milyard dollara çatır.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb