ABŞ və İsrail arasında münasibətlər pisləşib

18:11 | 03.10.2024
ABŞ və İsrail arasında münasibətlər pisləşib

ABŞ və İsrail arasında münasibətlər pisləşib

ABŞ və İsrail arasında münasibətlər bölgədəki münaqişə nəticəsində xeyli pisləşib. Bu barədə The Washington Post qəzeti yazır.


Nəşrin məlumatına görə, ABŞ Prezidenti Co Bayden ötən il ərzində dəfələrlə İsrailin Baş naziri Benyamin Netanyahuya "hərbi və siyasi taktiki qələbələrə deyil, strateji sülh yolu ilə həll planına diqqət yetirməsi” üçün çağırış edib.


Qeyd olunur ki, ABŞ lideri həm ictimai çıxışlarında, həm də şəxsi söhbətlərində İsrailin baş nazirini "Yəhudi xalqının qisas almaq arzusunu cilovlamağa, onu gücləndirməməyə” inandırmağa çalışıb.


Bununla belə, Netanyahu həm Qəzza zolağında, həm də Livanda atəşkəsə dair ABŞ-ın çağırışlarını və təkliflərini açıq şəkildə rədd edib və Ağ Evi silah tədarükünün ləngiməsində günahlandırıb. Qəzetin məlumatına görə, Qəzza zolağında girov götürülənlərin azad edilməsi ilə bağlı aparılan danışıqlara yaxın olan adları açıqlanmayan rəsmilər bildiriblər ki, müzakirələr dəfələrlə həm İsrailin baş nazirinin, həm də radikal Fələstin hərəkatı HAMAS-ın yeni tələbləri səbəbindən pozulub.


Mənbələrin iddialarına görə, İsrail dəfələrlə Qəzzaya humanitar yardımın çatdırılmasını bloklayıb və ya gecikdirib, lakin bunu ictimai şəkildə təkzib edib.

 

Mənbələr vurğulayıblar ki, Vaşinqtonun təzyiqi olmasaydı, yəhudi dövləti "minimum miqdarda yardımı belə çatdırmağa icazə verməzdi.” Bundan əlavə, İsrail, ABŞ-ın təhlükəsizlik zəmanətindən istifadə edərək, Qərb Sahilində, Suriyada və İranda hücumlar həyata keçirib və bu barədə öz Amerika müttəfiqlərini əvvəlcədən xəbərdar etməyib.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM