ABŞ yaxın günlərdə beynəlxalq missiya ilə bağlı Azərbaycanla razılığa gələcək - Miller

09:00 | 28.09.2023
ABŞ yaxın günlərdə beynəlxalq missiya ilə bağlı Azərbaycanla razılığa gələcək - Miller

ABŞ yaxın günlərdə beynəlxalq missiya ilə bağlı Azərbaycanla razılığa gələcək - Miller

ABŞ yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının təfərrüatlarını razılaşdırmaq niyyətindədir və Azərbaycanın bunu qəbul etməyə hazır olmasından şaddır. Bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.


Vaşinqton bu missiyanın necə görünəcəyini dəqiq müəyyən etmək üçün yaxın günlərdə müttəfiqləri və tərəfdaşları ilə işləyəcək. Ancaq son nəticədə biz danışıqlar masasına qayıtmaq istəyirik", - Ria Novosti Millərə istinadan yazıb. 

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Qarabağdan Ermənistana 53 mindən çox erməni vətəndaşı qayıdıb. 

Sentyabrın 19-da Azərbaycan hakimiyyəti Qarabağda lokal əməliyyat elan edib. Bakı əməliyyatın məqsədini genişmiqyaslı təxribatların qarşısının alınması, tərksilah edilməsi və Ermənistan ordusunun bölmələrinin bölgə ərazisindən çıxarılması kimi göstərilib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub.
 
Sentyabrın 27-də Əliyev ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib ki, hazırda Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası istiqaçətində danışıqlar aparır.
 
Gülnar Nazimqızı 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti