Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyektlərindən birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub.
DİN-in mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, polislər tərəfindən həmin sexlərə baxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarınnı pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.
Qeyd edək ki. sahibkarlıq subyektləri növbəti dəfə eyni əməli törədərlərsə onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !