Bakı Ağır Cinayətlər məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə "Abzas Media" işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prokuror Rauf Maluşovun səsləndirdiyi suallara Ülvi Həsənli cavab verməkdən imtina edib. İttiham olunan şəxslər özlərini təqsirli bilməyiblər.
Məhkəmədə ifadə verən Ülvi Həsənli öz həbsini "jurnalist fəaliyyəti" ilə əlaqələndirib.
"Mən 2016-ci ildə "Abzas Media"nı yaratdım. Həbsimin səbəbi jurnalist fəaliyyətimdir. Səhər saat 5-də hava limanına gedirdim. Taksi sifariş etmişdim. Binanın həyətinə düşən kimi dörd nəfər maskalı mülki geyimli şəxs məni döyə-döyə maşına saldılar. Qışqırır və onların əlindən çıxmaq istəyirdim. Onlar isə məni cilovlamağa çalışırdılar. Həmin vaxt telefonumu və komputerimi əlimdən aldılar. Təxminən altı saatdan sonra vəkilimə məlumat verdilər. Daha sonra vəkil ilə barabər ofisə apardılar. Ofisdə axarış zamanı şkafın üstündən 40 000 dollar tapdılar. Tələb etdim ki, ekspertizya edilsin. Pulların mənə aid olub olmaması araşdırılsın. Ancaq edilmədi. Haqqımda söyənilənlərin hər biri şər və böhtandır ",- o vurğulayıb.
O həmçinin bildirib ki, kompüter və telefonunun parollarını demədiyi üçün onu Bakı Şəhər Baş Polis idarəsində ikinci dəfə fiziki təzyiqə məruz qoyublar.
Fərid Mehralızadənin vəkili Cavad Cavadovun "Fərid Abzas Media əməkdaşı olubmu?" sualına cavabında Həsənli bildirib ki, Mehralızadə heç vaxt Abzas Mediada işləməyib, sadəcə aralarında dost münasibəti olub.
Fərid Mehralızadə ABŞ-nın Azadlıq radiosunun müxbiridir. Radionun rəhbəri Stephen Capus da bildirib ki, Fərid Mehralızadə radionun müxbiridir və Abzas Mediaya heç bir aidiyyatı yoxdur.
Hafiz Babalının vəkili Rəsul Cəfərovun suallarına cavabında da Həsənli, Babalının Abzas Media müxbiri olmaması və sadəcə onlara araşdırma yazılar verməsi barədə məhkəməyə məlumat verib.
Azərbaycanda fəaliyyət göstərən qərb ölkələrinin səfirliklərinin nümayəndələri də məhkəmədə iştirak ediblər.
Növbəti proses fevralın 11-nə təyin olunub.
Ötən il noyabrın 21-də "Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.
Abzasçılar təqsirli bilinəcəkləri halda 12 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !