• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

"Abzas media" üzrə növbəti məhkəmə təxirə salınıb

17.12.2024 16:37
Dekabrın 17-nə təyin olunan Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas media” işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb. Bunu jurnalistlərə açıqlamasında vəkil Şəhla Hümbətova deyib. 

Bundan əvvəl vəkil Zibeydə Sadıqova bildirib ki, "Abzas media" işi üzrə ibtidai istintaq yekunlaşıb. 
 
"Abzas” media saytının direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kəkalov, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı ekspert Fərid Mehrəlizadə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunublar.


Bunlar 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (xüsusən külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddələridir. ), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürlərini, ştamplarını, blanklarını saxtalaşdırma, qanunsuz hazırlama və ya satma və ya saxta sənədlərdən istifadə etmə), Azərbaycan Cinayət Məcəlləsinin 320.2 (qəsdən saxta sənədlərdən istifadə etmə), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma).
 
Bu maddələr 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.
 
Aytac 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:38
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Musiqi, incəsənət, rəssamlıq, muğam və digər sahələrdə işə qəbul üzrə test imtahanı keçirilib
Cəmiyyət 14:09
Musiqi, incəsənət, rəssamlıq, muğam və digər sahələrdə işə qəbul üzrə test imtahanı keçirilib
İmişlidə 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Cəmiyyət 13:13
İmişlidə 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:57
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Bakıda su anbarına düşən şəxs xilas edilib - Video
Cəmiyyət 10:35
Bakıda su anbarına düşən şəxs xilas edilib - Video
Ağdaşda yol qəzası baş verib, ölənlər var
Cəmiyyət 09:39
Ağdaşda yol qəzası baş verib, ölənlər var
Vəkil Zabil Qəhrəmanov həbs olunub - Yenilənib
Cəmiyyət 22:47
Vəkil Zabil Qəhrəmanov həbs olunub - Yenilənib
Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 22:33
Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub
Sumqayıtda mənzildə meyit tapılıb
Cəmiyyət 21:18
Sumqayıtda mənzildə meyit tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol