Sumqayıtda ev yanıb

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 70kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb. Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























