Hazırda Ağcabədi rayonunun Qiyaməddinli və Qaravəlli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir.
Bu gün Ağcabədi rayonunun Gələbədin kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
"Report”a "Azəriqaz” İB-dən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 269 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 334 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Ağcabədi rayonunun Qiyaməddinli və Qaravəlli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir.
Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !