“AccessBank” adi səhmlərin nominal dəyərini azaldır

15:10 | 01.07.2024
“AccessBank” adi səhmlərin nominal dəyərini azaldır

“AccessBank” adi səhmlərin nominal dəyərini azaldır

"AccessBank” QSC 60,875 milyon ədəd tədavüldə olan adi səhmlərinin nominal dəyərini 4,25 manatdan 2 manata endirib. Bu barədə Dövlət Vergi Xidmətinin "Virgilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bankın adi səhmlər üzrə nizamnamə kapitalı 258 718 750 manatdan 121 750 000 manata, imtiyazlı səhmlərlə birlikdə nizamnamə kapitalı isə 270 106 912,25 manatdan 133 138 162,25 manatadək azalacaq.

"Adi səhmlərin nominal dəyərinin azaldılmasından sonra "Access Bank”ın məcmu kapitalı minimum normativ tələblərdən təxminən üç dəfə çox olacaq”, -  bankdan bildirilib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb