"AccessBank” əhalinin müxtəlif qruplarına dəstək olmaq üçün sosial layihələr
həyata keçirməyə davam edir. Bank, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması
məqsədilə, fiziki məhdudiyyətli və şəhid ailəsinin üzvü olan vətəndaşlara şəxsi
bizneslərini inkişaf etdirməkdə dəstək göstərib. Belə ki, bank tərəfindən Bakı,
Mingəçevir, Yevlax şəhərlərində, həmçinin, Abşeron rayonunda yaşayan həssas əhali
qrupuna daxil olan sahibkarlara kiçik bizneslərini qurmaları üçün xüsusi
avadanlıqlar bağışlanıb.
Bank, cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar
Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində
əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirir.
2002-ci ildən kiçik bizneslərə xidmət
göstərən "AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideridir. Portfelinin
90%-ni biznes kreditləri təşkil edən bank, KOB-in tələb və ehtiyaclarını çox
gözəl anlayır. "AccessBank” özünəməşğulluq proqramının iştirakçılarına dəstək
olmaqla, bir neçə məqsədə nail olur. Mikrosahibkarlığın inkişafına təkan verməklə
yanaşı, bu cür layihələr həm də işsizliyin aradan qaldırılmasına və iş tapmaq
üçün bölgələrdən şəhərlərə üz tutan əhalinin azalmasına
səbəb olur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !