• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Açıq havada maska taxmaqla bağlı - DİN-dən açıqlama

Açıq havada maska taxmaqla bağlı - DİN-dən açıqlama
13.02.2021 18:56
"Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı fikir TƏBİB-in rəsmi mövqeyi deyil. Qurum təmsilçisinin şəxsi fikridir. Azərbaycanda tibbi maskalardan istifadə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunub”, bunu  DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB-nin efirində deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, açıq və qapalı məkanlarda, bir və ya iki şəxsin hərəkət etdiyi ictimai yerlərdə tibbi maska taxmaq məcburidir:

"Bununla bağlı dünən rəsmi olaraq TƏBİB-dən açıqlama verilib ki, bu, onların rəsmi mövqeyi deyil. Cəmiyyətdə çaşqınlıq yaranmamalıdır. Pandemiya hələ bitməyib. Qaydalara ciddi şəkildə əməl edilməlidir ki, dövlət növbəti yumşaldılma tədbirlərini davam etdirsin.

Bu, hər birimizdən asılıdır. İndiyədək çəkilən əziyyət hədər getməməlidir. Hər bir vətəndaşın üzərinə düşməli olan vəzifə indiki vəziyyətdə tibbi maskalardan düzgün istifadə edilməsidir.

Bu, həm də qənunvericilik normasıdır. Yəni dövlətin məcburetmə tədbiridir. Əgər kimsə müvafiq yerlərdə tibbi maskadan istifadə etməzsə, polis tərəfindən aşkarlandıqda həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol