Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir

Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında iştirakı barədə danışmaq hələ tezdir. Bu barədə sentyabrın 16-da Milli Assambleyada keçirilən ənənəvi brifinqdə hakim "Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan bildirib. Bu barədə Ermənistan KİV yazıb.
"Hazırda bu suala cavabım yoxdur. Belə bir qərar qəbul edilərsə təbii ki, bundan xəbəriniz olacaq. Hazırda hesab edirəm ki, bu barədə hələ danışmağın vaxtı deyil”, - Hovhannisyan bildirib.
Noyabrın 11-22-də Bakıda COP-29 keçiriləcək. Azərbaycan Ermənistanı da bu tədbirdə iştiraka dəvət edib. Nikol Paşinyan təklifin gəldiyi vaxt məzuniyyətdə olduğunu əsas gətirərək Azərbaycana rəsmi cavab verməmişdi.
Ekspertlər Ermənistanın bu tədbirdə xarici işlər naziri səviyyəsində təmsil olunacağını proqnozlaşdırır. Ermənistan xarici işlər naziri bu dəvəti qəbul edərsə son 30 il ərzində bu Ermənistan XİN rəhbərinin Bakıya ilk səfəri olacaq.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















