Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq

Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın görüşü noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub.
"Bu görüş Şençjendə APEC sammiti çərçivəsində keçiriləcək", - Peskov jurnalistlərə açıqlamasında deyib.
Noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü illik sammiti keçiriləcək.
























