İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-1 tipli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Bu barədə IRNA agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.
Bildirilib ki, PUA Hörmüz boğazındakı Qəşm adası üzərində aşkarlanıb və SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemi vasitəsilə məhv edilib.
SEPAH-ın məlumatına görə, bu, 40 günlük müharibə başa çatdıqdan sonra İran qüvvələrinin vurduğu 17-ci MQ-1 tipli pilotsuz uçuş aparatıdır. Həmin müddətdə ABŞ-yə məxsus 56 MQ-9 tipli PUA-nın da vurulduğu iddia edilir.
İran tərəfi son gecələr ABŞ-nin bölgədə kəşfiyyat fəaliyyətini intensivləşdirdiyini və İranın hava hücumundan müdafiə sistemlərinin mövqelərini müəyyənləşdirməyə çalışdığını bildirib.
SEPAH həmçinin ABŞ-ni Hörmüz boğazındakı vəziyyətə təsir göstərmək və dünya bazarında neft qiymətlərini aşağı salmaq məqsədilə fəaliyyət göstərməkdə ittiham edib.
İran hərbçiləri bu cəhdlərin nəticəsiz qaldığını və Hörmüz boğazına nəzarətin ölkənin əlində olduğunu bəyan ediblər.
Son xəbərlər 
Daha çox 























