Qarabağda tikilən binaların birinci mərtəbəsi qeyri-yaşayış mərkəzləri olacaq

10:55 | 28.06.2024
Qarabağda tikilən binaların birinci mərtəbəsi qeyri-yaşayış mərkəzləri olacaq

Qarabağda tikilən binaların birinci mərtəbəsi qeyri-yaşayış mərkəzləri olacaq

Ağdam, Füzuli və Xocavəndin bütün ərazilərində tikilən binaların birinci mərtəbəsi qeyri-yaşayış mərkəzləri olacaq. Bunu Prezidentin Ağdam, Füzuli və Xocavənddən olan xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

"Füzulidə tikilən 38 binanın bütün 1-ci mərtəbələri icarəyə verilir. Ümumilikdə şəhər və qəsəbələrdə tikilən binaların ilk mərtəbəsi qeyri-yaşayış mərkəzləri olacaq. Hazırda icarəyə verilən obyektlər yerli sakinlər tərəfindən istifadəyə götürülüb",- Hüseynov iyunun 28-də Şuşada keçirilən Sahibkarlar üçün yeni imkanlar: Qarabağı Birlikdə Quraq adlı tədbirdə çıxışı zamanı deyib.

Hüseynov vurğulayıb ki, kənd təsərrüfatı istiqamətində sahibkarların cəlb edilməsi üçün işçi qrupu yaradılıb və bu yaxınlarda yeni pilot layihənin icrası gözlənilir.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM