• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Ağdam, Tərtər və Goranboyda son durum

Ağdam, Tərtər və Goranboyda son durum
09.04.2016 12:19
Hazırda təmas xəttinə yaxın rayonlarda - Ağdam, Tərtər və Goranboyda vəziyyət nisbi sakitdir.
 
Bu barədə Trend-ə məlumat verən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, düşmənin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda qismən dağıdılan evlərin təmir-bərpa işlərinə başlanılıb: "Tam yanmış 5 ev var ki, bu evlərin bünovrədən tam bərpa edilməsi üçün hazırlıq işlərinə başlanılıb".

Qeyd edək ki, Ağdamda hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir:

- tam yandırılan evlərin sayı - 5

- tam dağıdılan evlərin sayı - 30

- atəş zərbəsindən zərər çəkən evlərin sayı - 37

Bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəliyi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da Trend-ə açıqlamasında dünən axşam saatlarından etibarən ara-sıra atəş səslərinin eşidildiyini, ümumən vəziyyətin nisbi sakit olduğunu bildirib.

Qeyd edək ki, M.Məmmədovun sözlərinə görə, Tərtərdə ermənilərin təxribatı nəticəsində 162 evə ziyan dəyib. Həmin evlərdən 22-si tamamilə dağıdılıb, 140 ev isə qismən dağılıb.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev də Trend-ə rayonda vəziyətin ara-sıra atəşkəs rejiminin pozulması halını çıxmaq şərtilə nisbi sakit olduğunu bildirib.

Qeyd edək ki, N.Quliyevin sözlərinə görə, aprelin 2-dən 5-dək ermənilərin cəbhə boyu kəndləri atəşə tutması nəticəsində Tapqaraqoyunlu kəndində 50 ev ziyan çəkib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol