• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi

ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
13.08.2025 10:30

ABŞ-ın fond bazarları çərşənbə axşamı günü 1%-dən çox artımla bağlanıb. S&P 500 və Nasdaq indeksləri tarixi maksimumlara çatıb. Səbəb inflyasiyanın gözləniləndən aşağı olması və sentyabrda Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azalda biləcəyi ilə bağlı artan gözləntilərdir.

Əmək Nazirliyinin məlumatına görə, ABŞ-da iyul ayında illik inflyasiya səviyyəsi 2,7% təşkil edib və bu, iyun ayındakı göstərici ilə eyni qalıb. Analitiklər isə artımın 2,8%-ə yüksələcəyini proqnozlaşdırırdı.

İnflyasiyanın sabit qalması FED-in sentyabrda uçot dərəcəsini 25 baza bəndi azaltması ehtimalını gücləndirib. Hazırda bazar iştirakçıları bu addımın ehtimalını 90% səviyyəsində qiymətləndirir.

Eyni zamanda, ABŞ-da kiçik biznesə dair nikbinlik indeksi iyulda son 5 ayın maksimumuna – 100,3 bəndə çatıb (iyunda 98,6 bənd idi).

Səhmləri ən çox artanlar arasında United Airlines (+10,2%), Delta Air Lines (+9,2%) və Southwest Airlines (+5,7%) olub. Texnoloji nəhənglərdən Apple (+1,1%), Microsoft (+1,4%) və Alphabet (+1,2%) də dəyər qazanıb.

Cardinal Health səhmləri Solaris Health şirkətini 1,9 milyard dollara almaq qərarından sonra 7,2% ucuzlaşıb. McDonald’s (-0,9%), IBM və Johnson & Johnson (-0,6%) və Mosaic (-4%) səhmlərində də ucuzlaşma qeydə alınıb.

Dow Jones indeksi 483,52 bənd (+1,1%) artaraq 44 458,61 bəndə, S&P 500 indeksi 72,31 bənd (+1,1%) artaraq 6 445,76 bəndə, Nasdaq indeksi isə 296,5 bənd (+1,4%) artaraq 21 681,9 bəndə çatıb.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol