Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb

Mingəçevirdə hesab üstündə yaranan mübahisə zamanı kafe sahibi bıçaqlanıb.
Qafqazinfo xəbər verir ki, hadisə şəhərdəki kafelərdən birinin qarşısında baş verib.
Belə ki, 18 yaşlı Fuad Cəfərli hesab üstündə yaranan mübahisə zamanı kafenin 40 yaşlı sahibi Səbuhi Xudadatova kəsici alətlə xəsarət yetirib.
Fuad Cəfərli polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər 
Daha çox 























