SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb

2026-cı ilin üçüncü rübündə SOCAR tərəfindən 21 min metrdən çox qazma işi həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,3% çoxdur. Bu barədə qurumdan bildirilib.
Hesabat dövründə şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,7 milyon ton neft və 1,7 milyard kubmetr qaz hasil edilib.
Ölkə üzrə qaz hasilatı 12,5 milyard kubmetr, Azərbaycanda ümumi xam neft hasilatı isə 6,6 milyon ton təşkil edib.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























