Ağdamda şirkət işçilərinə verilən çörəyin içərisindən ölü siçan çıxdı- İDDİA/VİDEO

13:34 | 11.09.2024
Ağdamda şirkət işçilərinə verilən çörəyin içərisindən ölü siçan çıxdı-  İDDİA/VİDEO

Ağdamda şirkət işçilərinə verilən çörəyin içərisindən ölü siçan çıxdı- İDDİA/VİDEO

(Yazıya qara hərflərlə şirkətin mövqeyi əlavə olunub)
 
Ağdamda Körpü-Bina-Tikinti MMC tikinti şirkətinin işçilərinə verilən çörəyin içərisindən ölü siçan çıxdığı iddia edilir. Bu barədə anews.az-a həmin şirkətdə çalışan işçilərdən biri video göndərib. 
 
O iddia edir ki, onlara əraziyə yemək gətirilən zaman çörəyin içindən ölü siçan çıxıb. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.
 
Körpü-Bina-Tikinti MMC tikinti şirkəti ilə əlaqə saxlasaq, da zənglərimizə cavab ala bilmədik. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
 
******
 
Özünü Körpü-Bina-Tikintinin hüquqşünası kimi təqdim edən Rüfət adlı şəxs (soyadını təqdim etməkdən imtina etdi) bildirdi ki, belə bir hal olmayıb və bu onlara qarşı atılan böhtan xəbəridir. 
 
"Fake xəbərdir. Bizi istəməyən o qədər adam ola bilər ki, haqqımızda pis xəbər yaysın. Bu məqsədli şəkildə ola bilər. Əgər belə hal baş veribsə nə üçün şirkətə yox, mətbuata çıxarıb görüntünü? Deməli bizə qarşı qərəzi var", - o bildirib. 
 
Bəs Sizin yayılan görüntülərdən xəbəriniz varmı? sualına isə hüquqşünas məlumatsız olduğunu və xəbəri anews.az-da gördüyünü açıqladı. 
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM