• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Ağdamı işğal edən general həbs oluna bilər - "1 mart hadisələrinə görə..."

Ağdamı işğal edən general həbs oluna bilər -
29.05.2020 07:28
Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart hadisələri ilə bağlı cinayət işinin ayrıca icraata verilmiş epizodu üzrə istintaqı, müxtəlif, eyni zamanda keçmiş və indiki vəzifəli şəxsləri dindirməyə çağırmaqla davam etdirir.

Eurasia Diary bildirir ki, bu haqda "Qraparak” qəzeti yazıb.

Nəşr yazır ki, bu yaxınlarda qondarma "dqr"-in "Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitali Balasanyanın da ifadə verməsi üçün çağırıldığı məlum olub. Xüsusi İstintaq Xidməti V. Balasanyana sentyabrın 5-nə çağırış vərəqi göndərib, lakin çağırış avqustun 4-ü axşam saatlarında çatdırılıb. Yəni məlumat ona lazımi qaydada və vaxtında verilməyib, bu səbəbdən də dindirilmə tarixi təxirə salınıb...

Qəzet yazır ki, Dağlıq Qarabağdan Ermənistana gəlmək üçün bir və ya iki saat yox, ən azı bir-iki gün vaxt tələb olunur. Buna görə də Dağlıq Qarabağda  belə hesab edirlər ki, bu vəziyyətdə vaxtilə Robert Köçəryana və Qaqik Xaçatiryana tətbiq olunan hiylə ona qarşı da tətbiq oluna bilər. Yəni o, dindirilmə adı ilə çağırılır və həbs olunur:

"Ancaq hamı başa düşür ki, Vitali Balasanyanı dindirməyə çağırmağın əsl səbəbi onun son günlərdəki müsahibələri və açıqlamaları, xüsusən martın 1-də Levon Ter-Petrosyanın öz dəstəsi ilə insanlara atəş açması fikrini səsləndirməsidir:

"Xalqa atəş açmaq nə deməkdir? Levon Ter-Petrosyan xalqa atəş açıb, dəstəsi ilə birlikdə. Vaxt gələcək...1 mart hadisələrindən mən də xəbərdaram, baş verənlər haqqında mənim də məlumatlarım var”.

Balasanyan, Ermənistan hakimiyyətini, hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərini fəal şəkildə tənqid edib, İrəvanda onunla bağlı "şou" keçirdiklərini istehza ilə dilə gətirib və "dindirilməyə çağıracaqlarını deyirlər, lakin bu günə qədər bunu etməyiblər” söyləyib.

Nəşrin müxbiri Vitali Balasanyan ilə əlaqə saxlamaq istəyib, lakin o, zənglərə cavab verməyib. Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqanjanyan isə gündəmdə yaranan və digər suallara cavab olaraq "Biz şərh vermirik" deməklə kifayətlənib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - Video
Siyasət 20:08
Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - Video
Prezident ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib
Siyasət 19:10
Prezident ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib
Sahibə Qafarova İsveçrəyə səfərə gedib
Siyasət 18:18
Sahibə Qafarova İsveçrəyə səfərə gedib
Estoniya XİN Azərbaycanı təbrik edib
Siyasət 17:30
Estoniya XİN Azərbaycanı təbrik edib
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
Siyasət 16:10
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
Şamil Rzayev ANAMA sədrinə I müavin təyin olunub
Siyasət 16:06
Şamil Rzayev ANAMA sədrinə I müavin təyin olunub
Prezidentdən Xəzər dənizinin dayazlaşması ilə bağlı - Açıqlama
Siyasət 12:01
Prezidentdən Xəzər dənizinin dayazlaşması ilə bağlı - Açıqlama
Prezident Qazaxıstan mediasına müsahibə verib
Siyasət 11:44
Prezident Qazaxıstan mediasına müsahibə verib
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Siyasət 10:01
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol