Ağdaşda qəza - Ölən və yaralanan var + Foto

22:01 | 30.07.2020
Ağdaşda qəza - Ölən və yaralanan var + Foto

Ağdaşda qəza - Ölən və yaralanan var + Foto

Ağdaşda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb.
Belə ki, Ağdaş sakini, 1959-cu il təvəllüdlü Qafarov Üzeyir Tahir oğlu idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olan zaman Göyçay rayon sakini Siyavuş Qafurovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə "Hyundai"ın sürücüsü S.Qafurov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin - Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib isə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb