Xəzərxəbər xəbər verir ki, qoşa xəttin tələbini pozan kim, təhlükəli manevrlər edib digər hərəkət iştrakçılarına təhlükə yaradan kim.
Görüntülər Ağdaş rayonunun mərkəzində toy karvanında lentə alınıb. Ən çox ''vaz-2107'' markalı avtomobillərin yer aldığı ''kortej''də sürücülər yol hərəkəti qaydalarına məhəl qoymurlar. Təhlükəli manevrlər etməklə 'avtoş''luqlafrını nümayiş etdirilər. Qoşa xəttin tələbini pozaraq əsas prospektdə qarşıdan gələn nəqliyyata mane olan sürücülər, qadağan edilmiş yüksək avazlı səs siqnalından da istifadə edirlər.
Həmin sürücülər təxminən 7-8 kilometr məsafədə bəy-gəlin maşnını bu şəkildə müşayət edirlər. Yolun hərəkət zolaqlarını tutur, üstəlik yolayrıclarını necə gəldi, keçirlər. Görüntüləri izləyən yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bunu kobud qayda pozuntusu olduğunu deyir.
Söhbət statistikadan düşmüşkən, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu ilin 10 ayı ərazində tək paytaxda toy karvanlarındakı avtomobillərin iştirakı ilə 19 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələrdə 3 nəfər ölüb,11 nəfər xəsarət alıb.
Bəzən də ehtiyac olmadan avtomobillərin həddən artıq asta sürülməsi yollarda süni tıxacların yaranmasına da səbəb olur. Toy mərasimləri xüsusilə axşam saatlarına, yəni günün pik vaxtına təsadüf edir. Buna görədə ekspert hesab edir ki, toy karvanında avtomobillərin sayının azaldılmasına zərurət var. Burda başqa bir məsələ isə avtomobilin dövlət nömrə nişanını üstünün bağlanmasıdır. Ərşad Hüseynov bunun inzibati xəta olduğunu deyir.
Ağdaşda lentə alınan kadrlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, həmin sürücülər xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək məsuliyytə cəlb ediləcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !