Antibakterial sabunların bakteriyalar qarşısında normal sabunlardan daha effektli olmadığı faktı ortaya çıxıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə koreyalı elm adamları araşdırma aparıb. Onlar mikrob öldürmə prosesi zamanı antibakterial sabunlarla adi sabunlar arasında əsaslı bir fərq olmadığı sonucunu əldə ediblər.
Araşdırmada antibakterial sabunların tərkib hissəsi olan triklosan maddəsini tədqiq olunur. Alimlərin qənaətinə görə, bu kimyəvi maddə əl yuyulduğu anda deyil, 9 saat sonra öz təsirini göstərir, yəni 9 saatdan sonra əldə bakteriya, mikrob varsa, öldürür və onlardan qoruyur.
Alimlər mikroblardan qorunmaq üçün adi sabunlardan istifadəni yetərli hesab ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !