Son illərdə xüsusilə "kediciklər" olaraq bilinən quruluş içində "qadın bacılar" adlandırılan insanlarla apardığı televiziya proqramları ilə tanınırdı.
Etdiyi çıxışlarda "İslami yaradılış" adını verdiyi nəzəriyyəni müdafiə edən və Darvinin təkamül nəzəriyyəsini rədd etdiyini irəli sürən Oktar haqqında 1999-cu ildə də bu günkü kimi təşkilat ittihamı ilə cinayət işi açılmışdı.
1956-cı ildə Ankarada doğulan Oktar 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Akademiyasına daxil olduqdan sonra öz ifadəsinə görə "Adnan Hoca Qrupu" qurluşunu da burada yaratmağa başlayıb:
"1979-80-ci illərdə Adnan Hoca Qrupu olaraq tanınan təşkilatı təkbaşına yaratmağa başladım. O zamanda Yasin Gürlek və daha 2-3 nəfər mənim yanımda idi. Daha sonra Akademiya tələbələri arasından 20-25 nəfərlik bir qrup yaratdım. Gürlek hələ də mənim şagirdimdir, amma təşkilat daxilində heç bir vəzifəsi yoxdur".
Said-i Nursi təlimləri ilə hərəkət etdiyini söyləyib
Oktar "Harun Yahya" adlı internet saytında Memar Sinan illəri ilə bağlı bunları danışır:
"Gözəl Sənətlər Akademiyası. Fındıklı. Oranı gözüm tutub, ora çox yaxşıdı. Həm marksistlərin çox olduğu bir yerdir, yəni tamamilə onların hakimiyəti altında idi. Ustad Saidi-i Nursi həzrətləri də sənət, bacarıq və ittifaqla ateizmə qarşı mübarizə aparacağımızı deyir. Mən də o zaman tam yerinə gedirəm dedim".
"Üçüncü olaraq qalib gəldim. Məktəb mənim üçün çox uyğun idi. Seminar çalışması vardı, davamlılıq məcburiyyəti yəni o qədər nəzərə alınmıdı. Məktəb səhərdən axşama qədərdi. Seminar da açıq idi, yəni inanılmaz asan fəaliyyət göstərdim Allaha şükür.
Darvinizmlə bağlı kitablar payladım. Təbliğat apardım, danışdım. Məktəb tamamilə razı qaldıqdan sonra, yəni bu qənaətə gəldikdən sonra dedim ki, İstanbul Universitetinin fəlsəfə fakültəsinə daxil olum. Universitet imtahanlarında iştirak etdim.
Bura da mənim ilk seçimim idi və ora da daxil oldum. Burada da fəaliyyətlərimə başladım və davam etdim. Amma sonra gördüm ki fərd-fərd başa salmaqdansa kitab olaraq başa salmaq daha təsirli olacaq, daha geniş kütlələrə istiqamətlənəcək. Bundan sonra kitab yazmağa qərar verdim".
Adnan Oktar (sağda), Nəqşibəndi təriqətinin 2014-cü ildə vəfat edən lideri Şeyx Nazim Kıbrısi (ortada) ilə birlikdə.
1987-ci ildə Harun Yahya qondarma adıyla "Yəhudilik-Massonluq" adlı kitab yazan Oktar öz ifadələrinə görə, bu kitab ucbatından həbs olundu və 9 ay həbsxanada qaldı.
Həbsxanadan sonra "şizofreniya" diaqnozu ilə Bakırköy Ruhi və Nevroloji Xəstəliklər xəstəxanasında 10 ay qalan Oktar Ədliyyə Tibb Təşkilatının diaqnozu "İdealist Paşa"ya (liderlik sayıqlamalarına sahib) dəyişməsilə təxliyə edildi.
Oktar yenə "Harun Yahya" adlı internet saytında nevroloji xəstəxana ilə bağlı bunları danışır:
"Abdulhəmid dövründən qalma köhnə binada cinayət etmiş 300 nəfər ruhi xəstə ilə bərabər baxçaya çıxa bilməyəcək, zəng edə bilməyəcək şəkildə saxlanıldım. Amma o zaman cinayət etmiş ruhi xəstələr belə çöldə gəzirdi, mənə isə bu qadağan edilmişdi. Həkimlərlə görüşməyimə də qadağa qoyulmuşdu. Yəni belə bir vəziyyət vardı".
1991-ci ildə, 35 yaşında olan zaman Elmi Araşdırma Fondunu təsis edən Adnan Oktarın quruluşu bu illərdə böyüməyə və quruluşdakı insanlar da "Adnan Hocaçılar" olaraq adlandırılmağa başladılar.
1999-cu ildə bir daha həbs edilən Adnan Oktar haqqında o zaman qaldırılan Dövlət Təhülkəsizlik Məhkəməsinin ittihamına iki il sonra xitam verildi.
Prezident Erdoğanı da dəstəkləyirdi
Adnan Oktar quruluşu, 90-cı illərdən etibarən məhşur ailələrin uşaqlarının qrupa qoşulmasıyla diqqəti çəkdi.
Dövlət Təhlükəsizlik Məhkəməsinin mühakiməsi zamanı, "şagird" adlanan bəzi insanların ailələrindən qeyri-qanuni yollarla gəlir əldə edildiyinə dair iddialar da dilə gətirilmişdi.
Adnan Hoca 2011-ci ildə təsis etdiyi A9 televiziya kanalında "kişi qardaşlar" və "qadın bacılar" ilə apardığı musiqili prqoramlarla daha çox ictimaiyyət qarşısına çıxmağa başladı.
Radio və Televiziya Ali Şurası da gündəmə gətirdiyi bu yayınlarla bağlı "Reytinq naminə gənc qızların cinsi əmtəə olaraq isifadəsindən yayınmadığı, cəmiyyətin əxlaqi dəyərlərini pozan və həddən artıq dekolte geyim tərzinin Adnan Oktar tərəfindən normallaşdırılmağa çalışıldığı" ifadələrinin yer aldığı bir hesabat dərc edib.
Rifah Partiyasının vaxtında Necmettin Erbakan ilə yaxınlaşan Oktar son zamanlarda ona aid yayın orqanlarında prezident Erdoğanı da dəstəkləyən ismarışlar paylaşırdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !