15 yanvar 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova və Pedaqoji (ingilis dili-alman dili) fakültənin 304 b qrup tələbəsi Gülnar Xəlilovanın birgə təşkilatçılığı ilə "20 Yanvar-Azadlığa gedən zirvə” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masa Azərbaycan tarixində qanlı hərflərlə qəhrəmanlıq səlnaməsi yazan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra çıxış edən ADU-nun Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu 20 yanvar faciəsi haqqında geniş məlumat verdi. Həmin hadisələrlə bağlı xatirələrini iştirakçılarla bölüşən M.Teymurlu qanlı olay nəticəsində günahsız insanların həyatını itirdiyini qeyd etdi. İmperialist qüvvələr tərəfindən törədilən hadisənin qurbanlarından birinin də ADU-nun tələbəsi Ülvi Bünyadzadə olduğunu söyləyən professor onun meydan hərəkatlarında iştirakından, vətənpərvərliyindən danışdı.O, Ülvinin timsalında həyatını itirmiş bütün şəhidlərin qanlı günü şanlı günə çevirdiyini sözlərinə əlavə etdi.
Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova çıxışında xalqımızın mübarizə əzminin göstəricisi olan hadisənin nəticəsində torpaqlarımızda müstəqilliyin bərqərar olunduğunu söylədi. O, vətən, millət uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsini yad etməyi hər bir gəncin mənəvi borc bilməyinin vacibliyini vurğuladı.
Sonda tədbirdə iştirak edən tələbələr 20 Yanvar qurbanlarına həsr olunan şeirlər səsləndirdilər, mövzu ilə bağlı fikirlərini bildirdilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !