Aeroportdan şəhərin mərkəzinə avtobuslar fəaliyyətə başladı

21:06 | 13.08.2015
Aeroportdan şəhərin mərkəzinə avtobuslar fəaliyyətə başladı

Aeroportdan şəhərin mərkəzinə avtobuslar fəaliyyətə başladı

Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin mərkəziinə "Bakubus MMC"nin yüksək komfortlu avtobusları ekspress xətt üzrə fəaliyyətə başlayıb.

AZAL-dan "Report”a verilən məlumata görə, ekspress avtobuslar səhər saat 06:00-dan gecə saat 00:00-dək Hava limanı - "28 May" metro stansiyası və əks istiqamətdə "Koroğlu" metro stansiyası yaxınlığındakı dayanacaqda 1 dəqiqə dayanma fasiləsi ilə 30 dəqiqə intervalla xidmət göstərir.

Qeyd edək ki, sərnişinlər "Bakubus”ın ekspress avtobuslarından istifadə etmək üçün hava limanının 1-ci və 2-ci terminallarının çıxışındakı dayanacaqlara yaxınlaşa bilərlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti