AFFA 4 klubu cərimələyib

16:01 | 25.10.2017
AFFA 4 klubu cərimələyib

AFFA 4 klubu cərimələyib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının IX turunun qarşılaşmalarında baş verənlər də müzakirə olunub.
 
Turun xoşagəlməz hadisələrini müzakirə edən komitə üzvləri müvafiq qərarlar verib. "Sumqayıt” – "Zirə” görüşündə hər iki komanda cəzalanıb. Buna klubların hərəsinin 4 oyunçusunun sarı vərəqə alması səbəb olub. Bu üzdən tərəflər hərəyə 800 manat cərimə ödəyəcək.
 
"Səbail” – "İnter” matçında meydan sahiblərinin məşqçisi Araz Qulamov texniki zona qaydalarını pozub. Bu üzdən texniki zonadan kənarlaşdırılan çalışdırıcı 1 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.
 
"Qəbələ” – "Qarabağ” görüşünün 86-cı dəqiqəsində meydan sahibinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunması da cəzasız qalmayıb. Klub 800 manat cərimə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM