AFFA İntizam Komitəsi "Keşlə” klubunu 800 manat məbləğində cərimələyib.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb paytaxt təmsilçisinin 4 futbolçusunun Azərbaycan Premyer Liqasının VI turunda "Qəbələ” ilə səfər matçında sarı vərəqə ilə cəzalandırılmasıdır.
Qeyd edək ki, "Qəbələ” – "Keşlə” matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !