Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, 2013-cü ilin son cəzalarını rəsmiləşdirən komitə Topaz Premyer Liqasının XVIII turunun matçlarında yaşananlara hüququ qiymət verib. AZAL– “Neftçi” matçında meydan sahiblərinin 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Görüşün 83-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2, ondan 3 dəqiqə əvvəl ikinci sarı vərəq üzündən meydanı tərk edən Mahir Şükürov 1 oyunluq cəzalanıb. “Neftçi” Elvin üçün 2000, Mahirə görə 200 manat ödəyəcək. “Ağ-qaralar” rəsmi əməkdaşlarına görə daha çox xərcə düşüb. Klubun vitse-prezidenti Tahir Süleymanov qarşılaşma başa çatdıqdan sonra, mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə 83-cü dəqiqədə hakimləri təhqir etdiyi üçün hərəsi 5 oyunluq cəzalanıb. Paytaxt təmsilçisi hər rəsmisi üçün 5000 manat ödəyəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !