Yunanıstan hökuməti paytaxt Afinada ilk məscidin tikintisinə başlandığını elan edib.
"BBC" telekanalının məlumatına görə, Afinada müsəlmanların ibadət yerinin inşası düz 13 il ərzində təxirə salınıb. Məscidin inşasına qarşı olunmasında ölkə əhalisinin 95 faizinin mənsub olduğu yunan-pravoslav kilsəsinin mövqeyi mühüm rol oynayıb.
2011-ci ildə Yunanıstan hökuməti Afinada ilk məscidin tikintisini təsdiqləyən xüsusi qanun da qəbul etmiş, bu ilin yayında isə bu layihə üçün büdcədən 946 min avro həcmində vəsait də ayırmışdı. Qanun qəbul edildikdən sonra ultra-ortodokslar məscidin inşasına qarşı kütləvi etiraz aksiyaları keçirmişdilər.Son aylar məscidin inşasının ləngiməsi tenderdə qalib gələn 5 podratçı-şirkətin sonradan podrat işlərindən imtina etməsi ilə əlaqədar olub. Artıq podratçı-şirkət tapılıb və müqavilə imzalanıb.Afinanın ilk məscidi keçmiş hərbi hissənin yerində inşa ediləcək və onun sahəsi təxminən 600 kvadrat metr olacaq. Layihədə minarə nəzərdə tutulmayıb.Afina məscidi olmayan azsaylı Avropa paytaxtlarından biridir. Son illərdə miqrantların hesabına sayı artan müsəlmanlar ibadət üçün müxtəlif məkanlardan istifadə etməli olurlar.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !