Afrikada daha bir ölkədə çevriliş baş verib

12:58 | 01.09.2023
Afrikada daha bir ölkədə çevriliş baş verib

Afrikada daha bir ölkədə çevriliş baş verib

Son illərdə çoxlu çevriliş meydana gələn Mərkəzi Afrikanın qərb sahilində yerləşən, 2,4 milyonluq əhalisi olan Qabon ölkəsində, ordu hakimiyyəti hərbi müdaxilələr sonrasında elə keçirib. Bu barədə BBC məlumat verib. 

Hərbi çevrilişdən sonra vətəndaş müharibəsinə sürüklənən ölkədə hələ də sabitlik əldə olunmayıb. 

Qabondakı hərbi çevriliş, Afrikadakı keçmiş Fransa koloniyalarında son 3 ildə səkkizinci çevrilişdir. 

Qabonda həftəsonu keçirilən mübahisəli seçkilərdən sonra bir qrup əsgər hakimiyyəti elə keçirdiklərini artıq, seçkilərin ləğv edildiyini və ölkə sərhədlərinin bağlandığını açıqlayıb. 

Qabondakı çevrilişdən başqa, həmçinin, Malidə 2020-ci ilin avqustunda, Qvineyada 2021-ci ilin sentyabrında, Nigerdə 2021-ci ilin iyununda və başqa Afrika ölkələrində də hökümətə qarşı hərbi çevriliş keçirdilib. 

55 yaşındakı prezident Ali Bongo hərbi zabitlər tərəfindən ev dustaqlığına alındıqdan sonra dəstəkləyici ölkələrdən kömək istəyib. 

"Oğlum bir yerdədir, həyat yoldaşım başqa yerdədir. Heç nə baş vermir. Nə baş verir bilmirəm”, - Ali Bongo dəstəkçilərindən kömək istəmədən əvvəl bildirib. 

Üsyançı əsgərlər Qabon Milli Jandarma Cavab Bölməsi tərəfindən əsir götürülüb. 
 
Rabia Hale Seferoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM