Ahıl kişini daş parçası ilə vurub pulunu aldı - VİDEO

15:09 | 28.01.2022
Ahıl kişini daş parçası ilə vurub pulunu aldı - VİDEO

Ahıl kişini daş parçası ilə vurub pulunu aldı - VİDEO

Bakıda ahıl yaşlı kişinin başına daş parçası ilə vuraraq ona qarşı quldurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 17-də  paytaxtın Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyasının ərazisində şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər vətəndaş Həmid Ağayevə yaxınlaşıb onun baş nahiyyəsinə daş parçası ilə vuraraq yerə yıxıb. Daha sonra həmin şəxs zərərçəkənin üzərində olan 540 manat pulu quldurluq yolu ilə ələ keçirib.

Quldurluq hadisəsini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə quldurluq və soyğunçuluq cinayətləri etdiyi üçün məhkum edilmiş Samir Xudaverdiyev saxlanılıb.

O, ifadəsində hadisə günü zərərçəkəni metronun "28 May” stansiyasının yaxınlığında gördüyünü və onu Biləcəri qəsəbəsinə qədər təqib edərək orada həmin şəxsə qarşı quldurluq etdiyini bildirib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. Samir Xudaverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti