Aİ 10 yeni üzv dövləti qəbul etməyə hazır olmalıdır - Borrell

15:44 | 01.09.2023
Aİ 10 yeni üzv dövləti qəbul etməyə hazır olmalıdır - Borrell

Aİ 10 yeni üzv dövləti qəbul etməyə hazır olmalıdır - Borrell

Avropa İttifaqının (Aİ) Ali nümayəndəsi Josep Borrell Aİ-ni 10 yeni üzv dövləti qəbul etməyə hazır olmağa çağırıb. Bu barədə Josep Borrell Toledoda keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra bildirib. 

Josep Borrell qeyri-rəsmi görüşdən sonra bildirib ki, Aİ 10 yeni dövlətin qəbuluna səbəb olacaq yeni genişlənməyə hazır olmalı və hazırlıqları sürətləndirmək üçün onların qəbulu üçün vaxt çərçivəsini müzakirə etməlidir. 

Borrelin sözlərinə görə, Aİ-yə yeni üzv ölkələrin siyahısında Ukrayna və Qərbi Balkanlar yer almalıdır. O, Ukraynadakı münaqişənin Avropa Birliyinin genişlənməsi prosesinə doğru sürətləndiyini iddia edib. Rəsmi bu prosesə yeni təkan vermək üçün siyasi məqsədləri müəyyənləşdirməyə çağırıb və Aİ-ni 10 yeni üzv dövləti qəbul etməyə hazır olmağa çağırıb.

"Bu şərtlərdə müəyyən üfüq, müəyyən vaxt çərçivəsi Aİ-yə üzv dövlətlərə və üzvlüyə namizədlərə səylərini cəmləşdirməyə imkan verəcək"-, Borrell bildirib.

Bu, ilk dəfədir ki, bu səviyyəli Brüssel rəsmisi Aİ-yə yeni üzv dövlətlərin qəbulu üçün konkret müddət müəyyən etməyi birbaşa təklif edir.

Albaniya, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Moldova, Ukrayna və Bosniya və Herseqovina hazırda Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir. 

Rabia Hale Seferoğlu
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM