Mina əleyhinə fəaliyytədə Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Ölkənin həm xarici maliyyələşməyə, həm də mütəxəssislər, texnika və təlim keçmiş itlərin köməyinə ehtiyacı var.
Onun sözlərinə görə, Azərbaycan Minalardan Təmizləmə Agentliyinin timsalında Azərbaycan digər ölkələrə ərazilərin minalardan və partlamamış mərmilərdən təmizlənməsində kömək edəcək.
Azərbaycan Minalardan Təmizləmə Agentliyinin rəhbəri Vüqar Süleymanov Azərbaycanın minalarla və partlamamış əşyalarla ən çox çirklənmiş ölkələr siyahısında olduğunu deyib.
"Fəaliyyətmiz zamanı 134 min hektar mina və təhlükəli əşyalardan təmizlənib. 119 min mina və mərmi zərərsizləşdirilib, onlardan 31 min piyada əleyhinə mina və 67 min digər partlamamış əşya olub. Ərazi kənd təsərrüfatının istifadəsi və əhalinin yaşaması üçün verilib", - Süleymanov bildirib.
Avropa İttifaqı Azərbaycanın mina əleyhinə mübarizə üçün 2020-ci ildən bu yana 10 milyon avro qrant ayırıb və bundan sonra bu rəqəmi 13 miyon avroya kimi artırmağa hazırdır.
Avropa İttifaqı büdcəsindən maliyyələşmə ilə yanaşı, Avropa İttifaqı üzvü olan ölkələrdən də Azərbaycana minatəmizləmə tədbirləri üçün vəsait ayrılıb.
Belə ki, Fransa 500 min avro, Belçika - 250 min Avro, Sloveniya və Estoniya hər biri - 50 min Avro, Macarıstan - 25 min avro vəsait verib.
N.Təbrizli
Bizi sosial şəbəkələrdə izləyin !