Aİ Gürcüstana qarşı əlavə məhdudiyyətləri nəzərdən keçirəcək

17:10 | 21.06.2024
Aİ Gürcüstana qarşı əlavə məhdudiyyətləri nəzərdən keçirəcək

Aİ Gürcüstana qarşı əlavə məhdudiyyətləri nəzərdən keçirəcək

Avropa İttifaqı (Aİ) Gürcüstanda "xarici agentlər” haqqında qəbul olunan qanun layihəsi səbəbindən hər iki tərəfdən yüksək vəzifəli şəxslərin səfərlərinə qadağa qoyulmasını nəzərdən keçirəcək. Bu barədə xarici mediada məlumat yayılıb.

Sənəddə bildirilir ki, müxtəlif platformalarda ikitərəfli görüş, müzakirə, eləcə də assosiativ saziş çərçivəsində nəzərdə tutulan birgə tədbirlərin keçirilməsini, hökumətin təqdim etdiyi layihələrin maliyyələşdirilməsini, habelə imzalanması gözlənilən sənədlər üzrə hüquqi prosedurları dayandırmağı da planlaşdırır.
 
Aprelin 4-də Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası başlayıb.
 
Aksiya zamanı yüzlərlə insan parlamentin qarşısındakı Rustaveli prospektinə toplaşıblar.

Aksiya etirazçılarının fikirincə, qanunun qəbulu ölkədə QHT və siyasi partiyaların fəaliyyətinə ciddi təsir edəcək.

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ötən ilin ortalarında müxalifətin təkidi ilə parlamentin müzakirəsindən çıxarılıb. Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qanun layihəsini yenidən parlamentə təqdim edib. Bu da yenidən ciddi etirazlara səbəb olub. 
 
Xarici agentlərə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan parlamentinin hüquq komitəsində sonuncu, üçüncü oxunuşda müzakirə edilib və qəbul olunub.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb