Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

17:49 | 15.04.2024
Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

Aİ ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri aprelin 16-da keçiriləcək videokonfrans zamanı İrana qarşı sanksiyalar məsələsini müzakirə edə bilərlər.

Bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano Brüsseldə keçirilən brifinqdə bildirib.

"Xarici işlər nazirlikləri rəhbərlərinin görüşündə İranın eskalasiyası istiqamətində gələcək addımlar müzakirə olunacaq", - Aİ-nin xarici siyasət nümayəndəsi Piter Stano İrana qarşı yeni məhdudiyyətlərin nə vaxt tətbiq oluna biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Eyni zamanda o, əlavə edib ki, İranın nümayəndələri (şəxslər və təşkilatlar) artıq Avropa Birliyinin bir neçə sanksiya rejiminə uyğun olaraq sanksiya siyahılarına daxil edilib, lakin sanksiyaların hazırlanması və qəbul edilməsinə Aİ ölkələri cavabdehdir. Avropa Komissiyası bu cür prosesləri məxfiliyinə görə şərh etmir.

"İran nümayəndələri artıq müxtəlif rejimlər çərçivəsində Avropa sanksiyaları altındadır... Hər hansı sanksiyaların işlənib hazırlanması və qəbulu üzv dövlətlərin administrasiyası tərəfindən həyata keçirilir, biz belə bir prosesi proqnozlaşdırmırıq, çünki bu, məxfidir”, - 

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri bəyan etmişdi ki, Aİ İsrailə hücumdan sonra İrana qarşı sanksiyaların genişləndirilməsini nəzərdən keçirə bilər.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb