• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Aİ ölkələri Azərbaycandan 22 milyard kubmetrdən çox qaz alıb

Aİ ölkələri Azərbaycandan 22 milyard kubmetrdən çox qaz alıb
29.03.2023 21:33
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Aİ ölkələri 2020-ci il dekabrın 31-dən  Azərbaycandan 22 milyard kubmetrdən çox qaz alıblar, bunu TAP AG boru kəməri şirkətinin idarəedici direktoru Luka Şieppati bildirib.

"Biz Avropaya 22 milyard kubmetrdən çox qaz idxal etmişik. Bazar tələbini ödəmək üçün biz fevralın 22-dən etibarən tam gücə yaxınlaşırıq və TAP-ın qısamüddətli gücünü artırmaq üçün kommersiya həlləri işləyib hazırlamışıq”, - Şippati Avropa Qaz Konfransında bildirib.

Onun sözləri TAP AG boru kəməri şirkətinin rəsmi Tvitter hesabında dərc olunub.

Şippati əlavə edib ki, TAP AG bu yaxınlarda TAP qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsinə başlayıb.

"2026-cı ildən ayrılacaq əlavə 1,2 milyard kubmetr qaz kəmərinin gücü ildə 20 milyard kubmetrə çatana qədər prosesin ilkin mərhələsi olacaq ", - Şippati vurğulayıb.

TAP qaz kəməri Azərbaycanın "Şahdəniz" yatağından onun işlənməsinin "Mərhələ-2"si çərçivəsində ildə 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. 2027-ci ilə qədər qaz kəmərinin ötürücülüyünün ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.

2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.

2023-cü ildə Azərbaycandan 24 milyard kubmetrdən çox qaz ixracı planlaşdırılır ki, bunun da ən azı 12 milyard kubmetri Avropayadır.

Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol