Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına üçüncü ölkələr də daxil edilə bilər

10:20 | 25.01.2023
Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına üçüncü ölkələr də daxil edilə bilər

Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına üçüncü ölkələr də daxil edilə bilər

Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına (EUMA) Avropa İttifaqının üzvü olmayan üçüncü ölkələrin nümayəndələri daxil ola bilər. Bu barədə Avropa Şurasının Ermənistana yeni Monitorinq Missiyasının göndərilməsi ilə bağlı qərarında deyilir.


Qeyd olunur ki, "Aİ-nin qərar qəbul etmə muxtariyyətinə və onun vahid təşkilati strukturuna xələl gətirmədən, üçüncü dövlətlər ezamiyyətə göndərilən personalın, o cümlədən əmək haqqının, bütün xərclərin öz üzərinə düşməsi şərti ilə Missiyaya töhfə verməyə dəvət edilə bilər.

Missiyanın əsasən Üzv Dövlətlər, Aİ institutları və ya Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən ezam olunmuş işçilərdən ibarət olduğu bildirilir.

Missiyanın fəaliyyətinin ilk dörd ayı üçün 8 milyon avrodan çox vəsait ayrılıb.

Missiyanın Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına töhfə verəcəyi bildirilir. 
 
Missiyanın vəzifələri:

(a) təhlükəsizlik vəziyyəti haqqında ətraflı məlumatı təmin etmək üçün müntəzəm patrullar vasitəsilə müşahidə və yerdəki vəziyyət və münaqişə ilə bağlı hər hansı insidentlər haqqında məlumat vermək;

(b) münaqişənin təsirinə məruz qalan ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək, xüsusən də xüsusi patrullar vasitəsilə məlumat toplamaq və münaqişənin birbaşa və ya dolayı nəticələrinə görə həyat və əsas insan hüquqlarının təhlükə altına düşdüyü vəziyyətlər haqqında məlumat vermək;


(c) (a) və (b) yarımbəndlərinə uyğun olaraq fəaliyyəti ilə və yerdə daimi və görünən mövcudluğu ilə Ermənistan və Azərbaycan əhalisi arasında və mümkünsə, həmin ölkələrin hakimiyyət orqanları arasında etimadın yaradılmasına töhfə verməklə , regionda sülhün və sabitliyin dəstəklənməsidir. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb